Xaçmaz rayonunda bıçaqlaşma hadisəsi qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Vesti.Az-a Xaçmaz rayon Polis İdarəsindən bildiriblər.
Alınmış məlumatlara görə, Xaçmaz rayon Yeni Həyat qəsəbəsinin 48 yaşlı sakini Fələmurov Ənvər Şalbuz oğlu sinə və üz nahiyəsindən aldığı üç bıçaq zərbəsi ilə Xudat şəhərinin xəstəxanasına çatdırılıb.
İlkin məlumata görə, Fələmurovu 1996-cı il təvəllüdlü oğlu Fərəd Fələmurov bıçaqlayıb. Sonuncu psixiatrik dispanserdə uçotdadır.
Bildirilir ki, heç bir münaqişə olmayıb. Sadəcə ata Fələmurov oğlunu dərman qəbul etməyə məcbur etmək istəyib. Lakin dərman qəbul etmək istəməyən 17 yaşlı Fərəd bıçağa əl atıb və atasına hücum çəkib...
Qeyd edək ki, yaralının vəziyyəti sabitləşib. Faktla bağlı araşdırma davam edir.