Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycanda ölüləri yeni qaydalarla basdıracaqlar
Ölkədə özəl və bələdiyyə qəbiristanlıqlarının yaradılması ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müvafiq sənəd hazırlanır.
Oxu.Az xəbər verir ki, bunu Lent.az-a açıqlamasında Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev bildirib.
Millət vəkili bildirib ki, bununla bağlı ya qanun qəbul olunacaq, ya da Nazirlər Kabineti qərar verəcək.
“Həmin sənədlə qəbiristanlıqların formaları, dəfn qaydaları və s. məsələlər müəyyənləşdiriləcək. Ola bilsin ki, ilin sonuna qədər bununla bağlı Nazirlər Kabineti qərar versin”.
M.Quliyevin sözlərinə görə, qəbiristanlıqlarla bağlı hazırlanan sənəddə imkansız ailələrin dəfninin həyata keçirilməsi ilə bağlı məsələlər də öz əksini tapacaq.
“Ola bilsin ki, özəl qəbiristanlıqlar özləri dəfn xidmətlərini təklif etsin”.
"Milli Məclis" teqi üzrə xəbərlər
- ƏHALİNİN NƏZƏRİNƏ: İpoteka kreditlərinin ilkin ödənişi azaldılır?
- Milli Məclisin deputatları Ədliyyə Nazirliyinin Probasiya xidmətində olublar
- Ermənistan ordusu mövqelərimizi niyə davamlı atəşə tutur? - SƏBƏBLƏR AÇIQLANDI
- Vüqar Bayramov: "Mediasiya prosesinə daha çox sahələrin cəlbinə zəmin yaranıb"
- Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı bayram münasibətilə təbrik edib