Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanda polis icazələri yoxlamaq üçün planşetlə təmin olunmayıb? - DİN-dən AÇIQLAMA
Sosial şəbəkələrdə, eləcə də, ictimaiyyət arasında xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində fəaliyyət göstərən polis əməkdaşlarının vətəndaşların icazələrinin yoxlanılması üçün nəzərdə tutulan planşetlərlə təmin olunmaması barədə məlumatlar yayılır.
Bildirilir ki, bəzən polis əməkdaşlarında cəza üçün protokol olsa da, əksəriyyətində icazəni yoxlamaq üçün planşet yoxdur.
Məsələ barədə Daxili İşlər Nazirliyinə müraciət ünvanladıq.
DİN-in Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşlarının icazəni yoxlamaq üçün planşetinin olmaması barədə iddialar həqiqəti əks etdirmir:
“Polisin texniki təminatı ən yüksək səviyyədədir. Xidmətə çıxan əməkdaşlar müvafiq planşetlər və digər vasitələrlə tam təmin olunublar.
İlhamə Əbülfət
"DİN" teqi üzrə xəbərlər
- Polis ƏMƏLİYYAT KEÇİRDİ: SAXLANILANLAR VAR
- Sumqayıtda qadına kömək adı ilə soyğunçuluq edildi
- Yusif Səfərov küçəsində QƏZA: Sıxlıq yarandı
- Sosial şəbəkədə vətəndaşlara ucuz mobil telefon satmaq adı ilə dələduzluq edən şəxslər saxlanılıblar
- Bazar dəyərindən ucuz satışa çıxarılan əşyalara görə pul ödəməyin - ÇAĞIRIŞ
Rəylər