Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanda polisə hücum edilib? - RƏSMİ AÇIQLAMA + VİDEO
Azərbaycanda polis və vətəndaş arasında mübahisə baş verib.
Oxu.Az-ın məlumatına görə, bu barədə video sosial şəbəkələrdə yayılıb.
Bildirilir ki, polis zorla iki yeniyetməni saxlayıb, bu zaman ətrafda olan vətəndaşlar onları aparmağa imkan verməyib. Nəticədə, mübahisə yaranıb.
Məsələ barədə Bakı Şəhər Baş Polis İdarəsindən açıqlama verilib.
İdarənin Mətbuat Xidmətindən bildirilib ki, bəzi xəbər saytlarında bir qrup şəxs tərəfindən polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyən şəxslərlə bağlı yayılan görüntülər araşdırılıb:
“Həmin şəxslər xüsusi karantin rejimi qaydalarına əməl etmədən, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan qanunsuz küçə ticarətilə məşğul olublar. Ancaq təəssüf edirik ki, bəzi xəbər saytlarında mahiyyəti ilə uyğun olmayan fakt “polisə hücum” kimi təqdim olunur.
Bununla əlaqədar bildiririk ki, burada polis əməkdaşlarına hər hansı hücum, yaxud müqavimət göstərilməsi iddiaları əsassızdır.
Belə ki, Ucar rayon sakinləri olan və hazırda Xətai rayonunda kirayədə yaşayan Mirqalib və Mircavad Əliyev qardaşları xüsusi karantin rejimi qaydalarına əməl edilməsi ilə bağlı nəzarət-profilaktik tədbirləri həyata keçirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, mübahisəli vəziyyət yaradıblar”.
“Müvafiq icazələrinin olub-olmaması ilə bağlı şəxsiyyətlərini təsdiq edən sənəd tələb edildikdə onlar qəsdən polisin tələbinə tabe olmayıblar. Onların şəxsiyyətlərini müəyyən etmək üçün Polis Bölməsinə aparılarkən orada olan qardaşların atası polisin fəaliyyətinə maneçilik törətməyə cəhd edib.
Belə olduqda, polis əməkdaşları həmin şəxsləri 36-cı Polis Bölməsinə apararaq, şəxsiyyətlərini müəyyən edərək, hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 454 və 211-ci maddələri ilə inzibati tənbeh tədbiri görülüb”, - deyə qeyd edilib.
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda iş adamı onu ev pişiyinə oxşadan işçisini vəhşicəsinə döydü - ANBAAN GÖRÜNTÜLƏR
- Bakıda erməni görsəniz, nə edərsiniz? - Sakinlər arasında maraqlı SORĞU
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi