Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycanda polislərdən 80 manat istənilməsilə bağlı görüntülər yayıldı - VİDEO
Sosial şəbəkələrdə polisin aylıq xərac istənilməsinə dair videogörüntü yayılıb.
Oxu.Az xəbər verir ki, görüntülərdə Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) vəzifəli şəxsi polislərdən adambaşına 80 manatdan pul gətirmələrini istəyir.
Məsələ sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və ciddi müzakirələrə səbəb olub.
Yayılan videogörüntülərlə bağlı Oxu.Az-ın sorğsuna cavab olaraq DİN Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov bildirib ki, “TikTok”da yayılan görüntülərdən məlumatlıdırlar:
“Bu görüntülər qərəzlidir, məqsədli olaraq sosial şəbəkələrə ötürülüb. Bu, 3 il əvvəl Sabirabad RPŞ-nin Post-Patrul bölüyünün iclasında bir müddət bundan öncə daxili işlər orqanlarından mənfi motivlərə görə xaric olunan əməkdaş tərəfindən çəkilib. Həmin iclasda bir yubiley tədbirinin təntənəli keçirilməsi üçün bölük əməkdaşlarının təşəbbüsü olub. Lakin sonradan tədbir baş tutmayıb. Görüntüdə əks olunan bölük komandiri olub”.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Paytaxt və bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 17 nəfər saxlanılıb
- Bakıda narkotiklərin satışını təşkil edən ata və iki övladı saxlanılıblar
- Şəkidə avtomat gizlədən keçmiş məhkum tutuldu
- DİN-dən vətəndaşlara XƏBƏRDARLIQ
- 5 dəqiqəyə 20 minin xərclənməsi: "TikTok"da çirkli pullar necə yuyulur?
Rəylər