Övladı sosial şəbəkələrdə bahalı avtomobillərini nümayiş etdirən prokurorluq işçisi tutduğu vəzifədən azad edilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Bakı Şəhər Prokurorluğunun İstintaqa nəzarət şöbəsinin rəisi Ramiz Nəbiyev öz ərizəsi ilə işdən çıxarılıb.
Qeyd edək ki, bir müddət əvvəl R.Nəbiyevin oğlu Elvin Nəbizadənin facebook səhifəsində bahalı avtomobillərinin şəklini paylaşması mətbuatda geniş müzakirələrə səbəb olub.