Bakı Slavyan Universitetinin inzibati-təsərrüfat işləri üzrə prorektoru Əbilfəz Nağıyev iş başında vəfat edib.
Oxu.Az xəbər verir ki, hadisə avqustun 26-da olub.
Ə.Nağıyevin ürək çatışmazlığından ölüb.
Xatırladaq ki, Ə.Nağıyev 1960-cı il, yanvarın 25-də Neftçala rayonunun Mirqurbanlı kəndində anadan olub.
1988-ci ildə Azərbaycan Dövlət Pedoqoji Kollecində inzibati-təsərrüfat işləri üzrə direktor müavini işləməyə başlayıb, 2016-cı ildə isə Bakı Slavyan Universitetində prorektor vəzifəsinə təyin edilib.
2011-ci ildə Azərbaycan Respublikasının 20 illiyi münasibətilə "Tərəqqi" medalı ilə təltif olunub.
Allah rəhmət eləsin!