Bu gün Milli Məclisdə qadınların xüsusi çəkisi 15,6% təşkil edir.
Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, 1990-cı ildə bütün deputatların 4,3%-ni, 2000-ci ildə 10,7%-ni qadınlar təşkil edirdi.
Bələdiyyədə işləyən qadınların da sayında artım müşahidə olunub.
Belə ki, bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən son bələdiyyə seçkilərində 6 dəfə artaraq 5 236 nəfərə çatıb və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 35% olub. Əvvəlki bələdiyyə seçkilərində bu göstərici 4% təşkil edib.