"Əgər sərnişin qatarın gecikməsi səbəbindən iş yerində problem yaşayıbsa, vağzal növbətçisinə yaxınlaşaraq iş yerinə təqdim etmək üçün arayış ala bilər".
Bu sözləri "Azərbaycan Dəmir Yolları" QSC-nin şöbə müdiri Bəxtiyar Hacıyev deyib.
"Qatarların gecikməsinə görə sərnişinlərə arayış verilməsi prosesi uzun müddətdir ki mövcuddur. Arayışda qatarın gecikmə müddəti qeyd olunur və vağzal növbətçisi tərəfindən imzalanaraq möhürlənir", - o əlavə edib.
Bəxtiyar Hacıyev bildirib ki, sui-istifadə hallarının qarşısını almaq üçün arayış məhz gecikmənin baş verdiyi gün alınmalıdır.
Ətraflı Baku TV-nin süjetində:
Əgər vətəndaş qatarın gecikməsi səbəbindən işə gecikibsə, bu zaman vağzal növbətçisinə yaxınlaşaraq iş yerinə təqdim etmək üçün arayış əldə edə bilər.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC sərnişinlərə müraciətində bildirib.
"Texniki nasazlıq, hava şəraiti və eləcə də fövqəladə vəziyyətlər zamanı gecikmələr baş verə bilər", - deyə qurum bəyan edib.