Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
![Azərbaycanda qatarların sürət həddi endirildi](https://images.oxu.az/2024/12/18/HyBaigHcJKnIedZt8isnyBSkWnLRN7wZHgdTkFI7:1200.jpg)
Azərbaycanda qatarların sürət həddi endirildi
Bakı və regionlarda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Abşeron dairəvi, Bakı-Ağstafa-Bakı, Bakı-Qəbələ-Bakı və Bakı-Balakən-Bakı marşrutları üzrə hərəkət edən sərnişin qatarlarının sürət həddi endirilib.
Oxu.Az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.
Məlumata görə, bununla əlaqədar qatarların qrafikində qismən kənara çıxma halları müşahidə oluna bilər.
ADY hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmalarını xahiş edir.
Qeyd edək ki, yük qatarlarının da sürət həddi qeyri-sabit hava şəraitinə uyğun olaraq tənzimlənir.
"Azərbaycan Dəmir Yolları QSC (ADY)" teqi üzrə xəbərlər
- Bakı-Ağstafa sürət qatarında pəncərənin yanına bilet alan sərnişin peşman oldu
- Azərbaycanda qatar oğurluq səbəbindən bir saat yolda qaldı
- Sabunçu Dəmiryol Vağzalının yeraltı keçidində ürəkbulandıran mənzərə və üfunət - ŞİKAYƏT
- İki sərnişinin qanunsuz hərəkəti Bakıya gələn qatarı bir saat ləngitdi
- Məşhur polkovnikə VƏZİFƏ VERİLDİ
Rəylər