Azərbaycanda adam öldürən şəxs Almaniyada həbs edilərək ölkəyə ekstradisiya edilib.
Ədliyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Almaniya tərəfi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən Azərbaycan vətəndaşının ekstradisiyası ilə bağlı müsbət qərar qəbul edib və o, bu günlərdə nazirlik tərəfindən Almaniyadan ölkəmizə gətirilib.
Ümumiyyətlə isə, ötən beş il ərzində 160-dək cinayətkar şəxs Azərbaycana ekstradisiya edilib.
İlhamə Əbülfət