2018-ci ildə Azərbaycandakı 35 seysmotelemetrik stansiyalar vasitəsilə 7000-ə yaxın zəlzələ qeydə alınıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin illik hesabatında qeyd edilib.
Baş verən zəlzələlərdən 4000-ə yaxını Azərbaycan və ona bitişik ərazilər, 3000-ə yaxını isə uzaq zəlzələlərdir.
Azərbaycan ərazisində 3346 zəlzələ qeydə alınıb ki, onlardan ən güclüsü iyun ayında Zaqatalada baş verən maqnitudası 5.5 olan zəlzələ olub.
Bu zəlzələ episentrdə 6 bal, ətraf ərazilərdə 3-4 bal gücündə hiss olunub. Hesabatlarda il ərzində respublika ərazisində seysmik aktivlik, zəlzələ ocaqlarının vəziyyəti, baş verən zəlzələlərin mexanizmləri və s. kimi məsələlər haqqında ətraflı məlumatlar verilib.
İlhamə Əbülfət
www.oxu.az
Oxu.Az yeniləndi!