Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən "Sirena Motors" MMC-nin qeyri-qanuni stimullaşdırıcı lotereya keçirdiyi aşkar edilib.
Oxu.Az xəbər verir ki, QKDK-nin İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, QKDK tərəfindən keçirilmiş nəzarət tədbirləri nəticəsində bəzi Çin avtomobil markalarının Azərbaycandakı rəsmi nümayəndəsi olan “Sirena Motors” MMC tərəfindən stimullaşdırıcı lotereyanın keçirilməsinə hüquq əldə edilmədən başlanılması aşkar edilmişdir.
QKDK “Sirena Motors” MMC tərəfindən keçirilən lotereyanın qeyri-qanuni olduğunu bildirir və vətəndaşları bu lotereyada iştirak ilə bağlı diqqətli olmağa dəvət edir.
Gülnarə Zeynalova
www.oxu.az