İran və Rusiya gəmiləri Azərbaycandan keçə bilmədilər.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, bu il ərzində Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsinin gəmiləri, katerləri və sahil nəzarəti məntəqələri tərəfindən 67 gəmi və 220 qayığa baxış keçirilib.
DSX-nin mətbuat mərkəzində verilən məlumata görə, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində rejim qaydalarını pozduğuna görə Azərbaycana məxsus 20, Rusiya Federasiyasına məxsus 2, İran İslam Respublikasına məxsus 2 gəmi, Azərbaycana məxsus 182 qayıq, 307 nəfər heyət üzvü saxlanılıb.
Hesabat dövründə 57 sahibsiz qayıq, 1 milyon 477 min 625 metr müxtəlif çeşidli balıq ovlama toru, 292 min 744 ədəd istifadəsi qadağan olunmuş balıq ovlama qarmaqları aşkar olunaraq götürülüb. (Trend)