10 fevral tarixində Azərbaycanda baş vermiş zəlzələ hələ də ən çox müzakirə olunan mövzulardan biridir. O, Bakıda, Dağıstan və İranda belə hiss edilib.
“Zəlzələ zamanı yalnız ocağın dərin olması (55 m) səbəbindən dağıntı və tələfat olmayıb”.
Oxu.Az “Exo” qəzetinə istinadən bildirir ki, Hacıqabul zəlzələsini məşhur Viktor Bokov belə qiymətləndirib.
Qeyd edək ki, V.Bokov son illərdə bir sıra elmi-tədqiqat işi aparıb. Bu, zəlzələlərin proqnozunun verilməsinə imkan yaradan unikal tədqiqatlardır.
Əldə edilən elmi nəticələr Rusiyada olduğu kimi xaricdə də analoq tanımır. Zəlzələ proqnozları Rusiya dövlət hidrometeorologiya universitetində serverdə göstərilir və Rusiyada və digər ölkələrdə populyarlıq qazanıb.
“10 fevral seysmik hadisəyə aid demək olar ki, ocağın dərin olması (55 m) səbəbindən dağıntı olmayıb”.
Alimin dediyi kimi:
“Qafqaz və Xəzər dənizi ərazisində güclü zəlzələlər olacaq. Seysmoloqlar hətta onları harda gözləmək lazım olduğunu belə bilirlər, zəlzələnin vaxtı isə məlum deyil. Ona görə də biz həmişə seysmoloqları əməkdaşlığa dəvət edirik, belə ki, zəlzələ ocağının yerini və zamanı müəyyən edə bilərik, amma 100% proqnoz üçün biz atmosferin təsiri ilə yaranmış gərginliyə yer qatının reaksiyasını bilməliyik. Belə əməkdaşlıq olmadığı müddət ərzində insanlar tələf olur”.
Öz növbəsində isə azərbaycanlı seysmoloqlar Bakıda güclü zəlzələnin olacağı faktını təkzib edirlər. Bu haqda məlumatı Azərbaycan Milli Elmlər Akademiyasının Respublika seysmoloji xidmət mərkəzinin mətbuat xidmətindən veriblər.
Bununla yanaşı, Azərbaycanda seysmologiya üzrə dövlət proqramı hazırlanacaq. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun direktoru Telman Əliyev deyib.
Dövlət proqramının hazırlanmasında məqsəd, anomal seysmik proseslərin geniş öyrənilməsi və bu sahədə edilmiş elmi nəticələrin sistemli tətbiqidir.
Proqramın hazırlanmasına yaxın vaxtlarda başlanacaq.