Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycanda son 20 ildə 750-dən çox tibb müəssisəsi inşa olunub
“Azərbaycanda son 20 ildə 750-dən çox tibb müəssisəsi inşa olunub”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin II Beynəlxalq Konqresində deyib.
Onun sözlərinə görə, tibb müəssisələri ən yüksək texnologiyalarla təchiz olunaraq əhalinin istifadəsinə verilib:
“Ölkə səhiyyəsinin uğuru kimi icbari tibbi sığortanı da qeyd etmək yerinə düşərdi. İcbari tibbi sığorta geniş miqyasda həyata keçirilir və demək olar ki, səhiyyənin bütün sahələrini əhatə edir. Mütəmadi olaraq xidmətlər zərfi genişlənir və yenilənir. Son dərəcə çətin, ağır və böyük maliyyətutumlu cərrahi əməliyyatlar icbari tibbi sığorta tərəfindən qarşılanır”.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Komitə sədri: "Şəhid və qazilərimizin mənzil məsələsi yaxın bir ildə öz həllini tapacaq"
- Evdə sosial xidmətdən istifadənin əhatə dairəsi genişləndirilir
- Azərbaycanda sosial xidmətin növləri artırılır
- Çətin həyat şəraitində olan şəxslərin qarşısına yeni tələb qoyulur
- Deputat: "Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı ilə bəşər tarixində bir vəhşilik aktıdır"