Azərbaycanda son sutkada koronavirus infeksiyasına 653 yeni yoluxma faktı qeydə alınıb, 732 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Məlumata görə, son sutkada COVID-19-dan vəfat edən olmayıb.
Ölkədə bu günədək ümumilikdə 809 988 nəfər koronavirusa yoluxub. Onlardan 796 632 nəfər müalicə olunaraq sağalıb, 9 795 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 3 561 nəfərdir.
Son gün ərzində 4 379, hazırkı dövrədək isə 7 131 537 test aparılıb.
Rəylər