Bu gün Azərbaycan məktəblərinin əksəriyyətində “Son zəng” keçirilib.
Oxu.Az xəbər verir ki, Azərbaycanda hər il may ayının 31-də “Son zəng” keçirilir.
Amma bu gün may ayının 31-i şənbə gününə düşdüyü üçün, beşgünlük orta məktəblərdə “Son zəng” bu gün, mayın 30-da qeyd olunub.
Qeyd edək ki, 2013/2014-cü tədris ilində IX sinfi 118 206, XI sinfi isə 86 797 nəfər bitirib. Bu il Azərbaycanda ümumtəhsil məktəblərinin XII qiyabi sinfini (axşam növbəsi) 754 nəfər bitirib.
FOTO: 1news.az
www.oxu.az