Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azərbaycanda su itkisinin qarşısı necə alınacaq? - VİDEO
Azərbaycanda istifadə olunan suyun böyük bir hissəsi təsərrüfata sərf olunur.
Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib.
Onun sözlərinə ölkə ərazisinə daxil olan su, paytaxta çatana qədər, demək olar ki, yox olur.
Sadiq Qurbanov qeyd edib ki, kənd təsərrüfatında su itkisinin böyük olmasına səbəb suvarmada tətbiq edilən selləmə üsuludur.
Onun sözlərinə görə, fermerlər tədricən müasir suvarma sisteminə keçid etməyə başlayıblar. Problemin qarşısını almaq üçün müxtəlif layihələr icra olunub və proses davam edir.
Millət vəkili əlavə edib ki, son dövrlərdə müşahidə edilən qlobal iqlim dəyişiklikləri sudan səmərəli istifadə üçün təxirəsalınmaz tədbirlər görülməsini zəruri edib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

"Milli Məclis" teqi üzrə xəbərlər
- Komitə sədri: "Şəhid və qazilərimizin mənzil məsələsi yaxın bir ildə öz həllini tapacaq"
- Evdə sosial xidmətdən istifadənin əhatə dairəsi genişləndirilir
- Azərbaycanda sosial xidmətin növləri artırılır
- Çətin həyat şəraitində olan şəxslərin qarşısına yeni tələb qoyulur
- Deputat: "Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı ilə bəşər tarixində bir vəhşilik aktıdır"