Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Tanınmış alim vəfat etdi
Tanınmış alim, Əməkdar müəllim, professor Həsən Feyziyev 88 yaşında vəfat edib.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, H.Feyziyev bu gün səhər saatlarında dünyasını dəyişib.
H.Feyziyev 1936-cı ildə anadan olub. Bakı Energetika Texnikumu və Azərbaycan Neft və Kimya İnstitutunu fərqlənmə ilə bitirib, elmi fəaliyyətini 1969-cu ildə Moskvada VODGEO Elmi-Tədqiqat İnstitutunda müdafiə etdiyi namizədlik dissertasiyası ilə başlayıb. 1980-ci ildə Moskvada doktorluq dissertasiyasını müdafiə edib və 1982-ci ildə "professor" elmi adına layiq görülüb.
AzMİU-nun inkişafında və istilik təchizatı, istilik texnikası sahəsində dünya miqyaslı elmi nailiyyətlərin əldə edilməsində xidmətlər göstərib. O, 1978-ci ildən başlayaraq Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda, daha sonra isə Azərbaycan Memarlıq və İnşaat Universitetində "İstilik təchizatı və istilik texnikası" kafedrasına rəhbərlik edib, 2012-ci ilə qədər bu vəzifədə fəaliyyət göstərib. Onun rəhbərliyi altında həyata keçirilmiş elmi-tədqiqat işləri və layihələr bir çox ölkələrdə tətbiq edilir.
"Azərbaycan Memarlıq və İnşaat Universiteti" teqi üzrə xəbərlər
- Sabah bəzi universitetlərdə tədris ənənəvi, bəzilərində isə onlayn APARILACAQ - SİYAHI
- Azərbaycanda çoxmərtəbəli binalarda yaşayanların NƏZƏRİNƏ
- AzMİU tələbələri narazıdırlar: Təqaüdlər gecikir, bufetdə qiymətlər "cib yandırır"
- Memarlıq və İnşaat Universitetinin liftləri niyə tez-tez DAYANIR? - Rəsmi AÇIQLAMA
- Bakıda bir universitetin yeni korpusu TİKİLİR