Təhsil naziri Emin Əmrullayev ölkədəki qəzalı məktəblərdən danışıb.
Oxu.Az-ın məlumatına görə, nazir jurnalistlərə açıqlamasında bildirib ki, hazırda Azərbaycanda 4400-dən artıq məktəb var:
“Onların 75 faizi, yaxud 3500-ə qədəri tədrisə yararlı vəziyyətə gətirilib. Bir çox məktəblərlə bağlı vəziyyəti bilirik, xəbərdarıq. Bütün problemi bir gün də həll etmək mümkün deyil. Növbəlilik əsasında prioritet məktəblər seçilir”.
Nazir qeyd edib ki, hazırda işğaldan azad edilmiş ərazilərimizdə yeni məktəblər tikilir:
“Bu məktəblər şəhərdə olan yükü azaltmağa və məcburi köçkün məktəblərinin geriyə qaytarılması prosesində məktəb infrastrukturunun daha da yaxşılaşdırımasına xidmət edəcək”.
İlhamə Əbülfət