Ağcabədi rayonunda toya gedənlər avtomobil qəzasına düşüb, üç nəfər ölüb.
“Report” xəbər verir ki, hadisə Mingəçevir-Bəhramtəpə yolunun rayonun Xocavənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, VAZ-2107 markalı avtomobil “Mercedes Atego” markalı yük maşınına çırpılıb. Nəticədə VAZ-da olan sərnişinlərdən 1999-cu il təvəllüdlü Nağıyev Uğur Məhəmməd oğlu, onun bacısı, Nağıyeva Əziz Məhəmməd qızı və onun həyat yoldaşı, Nağıyev Yasin Ənvər oğlu aldığı xəsarətlərdən vəfat edib.
Sürücü, 1993-cü il təvəllüdlü Nağıyev Yusif Məhəmməd oğlu və digər sərnişin Nağıyeva Təranə Mahmud qızı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, hadisəyə VAZ-2107-nin idarəetmədən çıxaraq eyni istiqamətdə hərəkət edən yük maşınına çırpılması səbəb olub.
Dəhşətli qəzaya düşən ailə üzvləri Beyləqan istiqamətində toya gedirmişlər.
Faktla bağlı araşdırmalar aparılır.
11:10
Ağcabədidə ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın xəbərinə görə, hadisə Rəncbərlər kəndi ərazisində qeydə alınıb.
Toy karvanına daxil olan VAZ-2107 markalı avtomobil “Mercedes-Benz” markalı yük maşını ilə toqquşub.
Qəza nəticəsində minik avtomobilində olan 2 nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ölən və xəsarət alan şəxslər toya gedirlərmiş.