Azərbaycanda travmatik silahdan istifadəyə icazə şəxsiyyətə qarşı ağır bədən xəsarətlərinin yetirilməsi ilə bağlı cinayətlər, həmçinin bu silah növlərindən istifadə nəticəsində ölüm hallarının xeyli artmasına gətirib çıxaracaq.
Bu barədə “Exo”ya təhlükəsizlik üzrə ekspert Kamil Səlimov bildirib.
“Bu tendensiya çox təhlükəlidir və ona heç bir halda yol vermək olmaz. Unutmaq lazım deyil ki, “ağac da ildə bir dəfə atəş açır”. Buna görə də, real odlu silahdan bir o qədər də fərqlənməyən travmatik silaha icazə çox təhlükəlidir.
Lakin mövcud normativ aktlar silahın alınması və saxlanılması üçün müraciət etmək imkanlarını istisna etmir. Bu o halda baş verə bilər ki, müraciət edən şəxs hansısa mühüm funksiyaları yerinə yetirir və ya məsələn, o, qorunan şahiddir, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin qorunması haqqında Qanun var. O, vaxtilə cinayət axtarışının rəisi işləmiş, indi isə stefaya çıxmış və həyatına qarşı müəyyən təhlükələrin peyda olduğu pensiyaçı ola bilər. Bu insan məxfi məlumata malik vəzifəli şəxs də ola bilər, bu halda ona odlu silah verilir.
Bəzi məmurlar və diplomatlar təkcə travmatik deyil, həm də ölümcül yaralamaq iqtidarında olan qısalüləli odlu silahlar, yəni tapançalar əldə edə bilərlər. Lakin bunun üçün prosedura mövcuddur – daxili işlər nazirinina dina ərizə yazılmalıdır və yalnız nazir dövlət maraqlarından çıxış edərək həmin şəxsin təhlükəsizliyinin təmin olunması üçün ona tabel silahının təqdim olunmasına icazə verə bilər. Bu qaydaya indiyədək əməl olunur. Bir çox səfirlərin də bu hüququ var. Lakin mən qəti şəkildə ölkə vətəndaşlarının travmatik silahı sərbəst şəkildə əldə bilməsi imkanına qarşı çıxıram”.
Exo
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin