Müğənni Azisin Bakıda konsert verəcəyi barədə xəbər sosial şəbəkələrdə böyük rezonans doğurmuşdu.
Xatırladaq ki, iyunun 19-da konsert təşkilatçısı Samir Xəttab Azərbaycan KİV-nə bildirmişdi ki, yayda Bakıda Azisin konserti baş tutacaq. Lakin o, nə konsertin tarixi, nə də konsertin baş tutacağı meydançanın adını açıqlamamışdı. Öz növbəsində Azis Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində Bakıda konsert verməyəcəyini yazıb.
“Mən Azərbaycanda konsert verməyəcəyəm. Bəsdir insanlara yalan danışdınız. Mən Bakıda çıxış etməyə razılıq verməmişəm” – deyə, Azisin Facebook sosial şəbəkəsindəki bəyanatında deyilir.
www.1news.az
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin