Bu yaxınlarda İsmayıllı rayonundan olan 5 nəfər Əsəd rejiminə qarşı döyüşlərdə iştirak etmək üçün Suriyaya gedib.
Oxu.Az AzVision.az-a istinadən xəbər verir ki, Suriyada İŞİD cəbhəsinə qoşulan İsmayıllı sakinlərindən biri peşəkar güləşçi, Respublika yarışlarında yüksək nəticələr əldə etmiş idmançı Rəşad Baxşəliyevdir.
O, İsmayıllı Olimpiya-İdman Kompleksində güləş üzrə məşqçi işləyib. Rəşad Baxşəliyev ölkə Çempionatında bir neçə dəfə birinci və ikinci yerə layiq görülüb.
Ailəsinin bildirdyinə görə, R.Baxşəliyev Suriyaya həyat yoldaşı və körpəsi ilə gedib.
Oxu.Az İŞİD-ə qoşulan idmançının fotosunu təqdim edir:
11:55
İsmayıllı rayonundan olan 5 nəfər şəxs Əsəd rejiminə qarşı döyüşlərdə iştirak etmək üçün Suriyaya gedib.
Oxu.Az xəbər verir ki, bu barədə AzVision.az-a rayon sakinləri məlumat veriblər.
Bildirilir ki, 3 sələfi etiqadlı yerli sakin həyat yoldaşı və uşaqları ilə birlikdə Suriyadakı döyüşlərdə iştirak etmək üçün gediblər.
Suriyaya döyüşməyə gedən Rəşad adlı mücahidin dəfələrə Respublika Çempionatlarında yüksək nəticələr əldə etmiş peşəkar güləşçi olduğu deyilir.
Sakinlərin sözlərinə görə, onların Suriyaya getmələrindən ailələri sonradan xəbər tutublar.
