Bərdə Rayon Mərkəzi Xəstəxanasında ürək fəaliyyəti dayanmış şəxsin həyatı xilas edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) qeyd edilib.
Bildirilib ki, 1963-cü il təvəllüdlü şəxs (kişi) kəskin stenokardiya səbəbi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Pasiyentdə ürək fəaliyyətinin dayanması müşahidə edilib. Təxminən 25 dəqiqə ərzində aparılan ürək-ağciyər reanimasiyası və digər təxirəsalınmaz tibbi müdaxilələr nəticəsində pasiyentin həyatını xilas etmək mümkün olub.