Lerikdə uşaq bağçasında yanğın baş verib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Lerik rayonunun Vistən kəndində (rayon mərkəzindən 20 km aralı) rayon icra hakimiyyətinə məxsus ümumi sahəsi 375 kv.m olan 7 otaqdan ibarət uşaq bağçasının yanar konstruksiyaları 320 kv.m sahədə yanıb.
Bağçanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.