Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanda vəkilin kollegiyadan xaric olunması üçün məhkəməyə müraciət edilib
Azərbaycanda vəkilin kollegiyadan xaric olunması üçün məhkəməyə müraciət edilib.
Bu barədə Oxu.Az-a Vəkillər Kollegiyasından məlumat verilib.
Qeyd olunub ki, bəzi kütləvi informasiya vasitələrində 12 saylı Vəkil Bürosunun vəkili Əhməd Nizami oğlu Məhərrəmlinin Lənkəran Ağır Cinayətlər Məhkəməsində müdafiəçi qismində iştirak etdiyi işdə hakimlə mübahisə etdiyinə görə fəaliyyətinin 1 aylıq dayandırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Məlumata əsasən, Vəkillər Kollegiyasına Ə.Məhərrəmli ilə bağlı vətəndaşın şikayəti daxil olub, intizam icraatı başlanılıb, araşdırma aparılıb və pozuntu müəyyən olunub. Pozuntuya əsasən Vəkillər Kollegiyası Rəyasət Heyətinin 17.05.2024-cü il tarixli iclasında vəkil Əhməd Məhərrəmlinin vəkillik fəaliyyəti dayandırılmaqla Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət olunması qərara alınıb.