Mədəniyyət Nazirliyinin Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin elmi işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Nairə Sadıxova vəfat edib.
Oxu.Az-ın məlumatına görə, o, koronavirusdan vəfat edib.
N.Sadıxova 1964-cü il iyul ayının 21-də Bakı şəhərində anadan olub.
1986-2001-ci illərdə Mədəniyyət Nazirliyinin Respublika Elmi-Metodiki Mərkəzində redaktor, böyük elmi işçi işləyib.
2001-ci ildən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzində kiçik elmi işçi, böyük elmi işçi, baş mühafiz, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışıb.
O, 2017-ci ildə “Əməkdar mədəniyyət işçisi ” fəxri adı ilə təltif edilib.