Dünən püskürən vulkanla bağlı videogörüntülər yayılıb.
Oxu.Az xəbər verir ki, Axtarma-Paşalı vulkanı yanvarın 26-da püskürüb.
Vulkanın püskürməsi nəticəsində 8 hektar əraziyə palçıq dağılıb.
Vulkanda iki dəfə partlayış olub. İlk partlayış səhər saat 7:20 radələrində olub. Həmin vaxt alov 120-150 metrədək qalxıb.
İkinci partlayış isə saat 7.30 radələrində olub. Həmin zaman alov 20 metr hündürlüyə qədər qalxıb.
Püskürən vulkan artıq sönüb.
Oxu.Az Bizimyol.info-ya istinadən həmin görüntüləri təqdim edir:
E.Ə.
www.oxu.az