Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, magistralın 15-ci kilometrliyində, Masazır qəsəbəsi yaxınlığında "Lexus" markalı minik avtomobili maneəyə çırpılaraq aşıb.
Nəticədə avtomobildə olan şəxslərdən 1993-cü il təvəllüdlü Aslanxanov Vitali Aslan oğlu aldığı ağır bədən xəsarətlərindən vəfat edib. Daha 1 nəfər isə xəstəxanaya yerləşdirilib.
Bildirilir ki, qəzaya səbəb yolun buzlaşması şəraitində düzgün manevr edilməməsi olub.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az