Təhsil Nazirliyi ümumtəhsil məktəblərində əmək fəaliyyətinin davam etdirilməsinə razılıq verilmiş 65 yaşı tamam olmuş müəllimlərin sayını açıqlayıb.
Oxu.Az SalamNews-a istinadən xəbər verir, Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlar əsasında yaşı 65-dən yuxarı olan bəzi müəllimlər orta məktəblərdə müəllim işləyə bilərlər.
Hazırda ümumtəhsil məktəblərində müəyyənləşdirilmiş meyarlara uyğun olaraq 2987 müəllim fəaliyyət göstərir.