Biz tez-tez gənclik yaşlarını ötmüş şəxslərə etinasız yanaşırıq.
Cavan və güclü olduğumuz vaxtlarda qocalıq haqqında fikir bizə çox uzaq və hətta qeyri-mümkün görünür.
Tez-tez biz hətta yaxınlarımız olan, lakin gənclik yaşlarını ötmüş şəxslərə qarşı etinasız yanaşırıq. Onların burunlarının altında nə deyindiklərini, nə üçün bizi belə görmək istədiklərini, heç olmasa daha bir qədər, ən azı 1 saat daha artıq qalmağı niyə xahiş etdiklərini anlamırıq. Lakin biz qaçmalıyıq, daim harasa qaçmalıyıq. Onlar isə tək qalacaqlar. Yox, incikliklərini göstərməyəcəklər. Hətta bir söz belə deməyəcəklər. Ürəklərində ümidlə susacaq, gözləyəcəklər. Axı biz onlardan çox şeyi öyrənməliyik: sevgi, sədaqət, dözümlük, insanlıq, sadəlik və əliaçıqlığa. Və bütün bunlar daha vacibdir.
Bu gün Beynəlxalq ahıllar günüdür və Oxu.Az bütün nənə və babalarımızı təbrik etmək istəyir. Bu münasibətlə qocalarımızın adme.ru saytı tərəfindən seçilmiş ən maraqlı şəkillərini təqdim edirik.
Həssas, gülməli və mərd
Başqırdıstandan olan İşbikə və Nuriyan Əbdrəzzaqovların 85 yaşı var və onlar artıq ömürlərinin 65 ilini bir yerdə yaşayırlar.
Onlar sədaqətin nə olduğunu gözəl bilirlər

Səmimi romantika

Və səmimiyyət

Onlar sonuncu dəfə olduğu kimi rəqs edə bilərlər

Və həyatın hər anını qiymətləndirirlər

Hansını ki, birlikdə keçiriblər

Düzdür, gözləri tez-tez aldadır

Amma əlləri hələ çox şeyləri xatırlayır

Əliaçıqlıqları isə sərhəd tanımır

Onların uşaqlığı çətin olub

Lakin bu o demək deyil ki, onlar uşaq ola bilməzlər

Onlar sənin hər sözünə inanacaqlar

Və səni daim gözləyəcəklər

Sən gəlməsən belə

Nənə baba ilə

Ata və ana

İnan, onlara sadəcə lazımdır ki,

Sən bəzən yanlarında olasan
