Azərbaycanda küçəyə atılmış körpə tapılıb.
DİN-nin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, hadisə Sabirabad rayonunda baş verib.
Belə ki, fevralın 3-də Sabirabad rayonunun Kovlar kəndindəki “Padarçöl” adlanan sahədə rayon sakini Nəzarət İsmayılov avtomobil yolunun kənarında olan sahibsiz çantada yeni doğulmuş (4-5 günlük) oğlan uşağı tapıb.
O, körpəni götürərək yaşadığı evə aparmış və fevralın 4-də onu RPŞ-yə təhvil verib.
Faktla bağlı araşdırma aparılır.