Bu gün yerli vaxtla saat 22:46-da İsmayıllı stansiyasından 4 km şimalda, İsmayıllı rayonunda maqnitudası 2,9, zəlzələ ocağının dərinliyi yeddi kilometr olan zəlzələ qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Zəlzələ bölgə sakinləri tərəfindən hiss olunub.
08:39
İsmayıllıda zəlzələ olub.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar bu gün yerli vaxtla saat 08:00-da İsmayıllı stansiyasından 3 km şimalda İsmayıllı rayonunda qeydə alınıb.
Maqnitudası 3, dərinliyi 7 km olan zəlzələ hiss olunmayıb.