Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycanda yol polisindən qeyri-adi cərimə – Foto
Bakının Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsindən sürücüyə qəribə məktub gəlib.
Oxu.Az xəbər verir ki, məktubda deyilir ki, Bakı-Qazax magistralının 210-cu kilometrliyində “Nissan” markalı avtomobil sürət həddi 90 km/c olan ərazidə 76 km/s sürətlə idarə edilib.
Buna görə də sənədlər Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinə göndərilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi 151 - 1.1 maddəsinə əsasən, Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə inzibati protokol tərtib edilir, 30 manat cərimə yazılır.
Şöbənin rəisi polkovnik-leytenantın Taləddin Axundovun imzaladığı məktubda sürücüdən avtomaşının sənədləri ilə birlikdə qısa müddət ərzində DYPŞ-yə getmək tələb olunur.
www.oxu.az