Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, hələlik baş vermiş zəlzələ ilə bağlı dağıntıların olması barədə müraciət qeydə alınmayıb.
Mərkəzin əməkdaşı, baş leytenant Hacıyevin bildirdiyinə görə, hazırda qurum daxil ola biləcək müraciətlərə uyğun tədbirlər görmək üçün hazır vəziyyətdədir.
23:05
Azərbaycanın şimal-qərbində, Rusiya ilə sərhəddə, Zaqatala şəhərindən 10 kilometr məsafədə zəlzələ baş verib.
Oxu.Az xəbər verir ki, yeraltı təkanların gücü Rixter şkalası üzrə 5,2 bal təşkil edib. Zəlzələ ocağı 34 km dərinlikdə yerləşib, United States Geological Survey’s (USGS). saytı xəbər verir.
Rayon sakinlərinin əməkdaşımıza bildirdiklərinə görə, yeraltı təkanlar bütün rayon ərazisində hiss edilib, insanlar panikaya düşüblər.
