Zaqatala və Şəki rayonlarında güclü leysan və dolu qeydə alınıb.
Oxu.Az xəbər verir ki, oktyabrın 22-dən etibarən ölkənin şimal-qərb bölgəsində hava şəraiti qeyri-sabit keçib. Gün ərzində ərazidə fasilələrlə yağıntı müşahidə olunub.
Oktyabrın 23-ü axşam saatlarında yağıntının intensivliyi artıb. Zaqatalada bir saatdan çox davam edən güclü leysan yağıb, bəzi ərazilərə dolu düşüb. Şəkidə də dolu qeydə alınıb.
Qaynar xətt:
(055) 224 12 12