Cəlilabad rayonunda, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq sahədə baş vermiş yanğın söndürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, yanğın nəticəsində təxminən 10 hektar sahədə quru ot və kol-kos yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun ərazisində, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Oxu.Az-a FHN-in Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, çəlumatla əlaqədar qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub:
"Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir".
Məhərrəm Əliyev
Cəlilabad rayonundakı Zəvvar ovçuluq təsərrüfatında güclü yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, artıq bir neçə saatdır davam edən yanğın təsərrüfatın mərkəzi hissəsində müşahidə olunur.
Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib.
Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
İqbal Ziya