Azərbaycanın İsmayıllı rayonunda zəlzələ baş verib.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, zəlzələ yerli vaxta saat 11:19-da Pirquludan 15 km şimal-qərbdə İsmayıllı ərazisində qeydə alınıb.
Yeraltı təkanın maqnitudası 3,8 bal, dərinliyi 38 km olub. Zəlzələ hiss olunmayıb.