Universitetlər iki yerə bölünəcək.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Azərbaycan Müəllimlərinin XIV Qurultayında təhsil naziri Mikayıl Cabbarov bu barədə danışıb.
Onun sözlərinə görə, gələcəkdə Universitetlər Milli Statuslu və Adi Universitetlərə bölünəcək:
“Milli Statuslu Universitetlərdə keçid balı sistemi tətbiq olunacaq. Keçid balını toplaya bilməyənlər bu universitetlərə daxil ola bilməyəcəklər. Növbəti ildən universitetlərdə yeni qruplar yaradılacaq və istedadlı gənclər ora cəlb olunacaq”.
Təhsil naziri universitetlərin genişləndirilməsi prosesinin həyata keçirilməsinin də mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Mikayıl Cabbarov müəllimlərin dərs yükünün az olduğunu da söyləyib. Onun sözlərinə görə, müəllimlərin dərs yükü 12 saatdan 18 saata çatdırılmalıdır. Müəllim - şagird nisbəti 2 dəfə artırılmalıdır.
Müəllimlərin əmək haqqı məsələsinə toxunan nazir, həmçinin vurğulayıb ki, müəllimlərin əmək haqqı, o cümlədən, rayonlara göndərilən müəllimlərin də əmək haqqı aşağıdır. Keçən il imtahan zamanı 244 müəllim rayona getməkdən imtina edib.