Daxili İşlər Nazirliyi Bakıda dəhşətli ölüm hadisəsi ilə bağlı məlumat yayıb.
Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, yanvarın 23-də Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki “Qağayı” düşərgəsindəki qazanxananın tüstü borusu orada işləyən Bakı şəhər sakini Səfəralı Səfərovun üstünə düşüb və o, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.