Saat 22:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, Naftalan, Şəki, Balakən, Oğuz, Qusarda şimşək çaxır, arabir yağış yağır.
Saat 20:10-da Qazax rayonuna diametri 10-12 mm, saat 20:20-də isə Ağstafa rayonu ərazisinə diametri 25-28 mm olan dolu düşüb.
Qaynar xətt:
(055) 224 12 12