2016-cı ilin dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 19,7 min nikaha daxilolma və 4,1 min boşanma halları qeydə alınıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən (DSK) qeyd edilib.
Komitədən bildirilib ki, qeydə alınmış nikahlardan 347-si Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında bağlanılıb.
Bundan başqa, DSK-dan qeyd olunub ki, ötən il Azərbaycan vətəndaşı olan 292 kişi xarici ölkə vətəndaşı olan qadınla ailə qurub.
Ülviyyə R. Əli
www.oxu.az