Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanın ən uzunömürlü 124 yaşlı seçicisinin səhhəti necədir? - FOTO
Azərbaycanda ən yaşlı sakinin 124 yaşı var. Söhbət Ağdaş rayonun Hapıtlı kənd sakini 1900-cü il təvəllüdlü Bari Şamı qızı Nəbiyevadan gedir.
Bizim.Media Azərbaycanın ən uzunömürlü sakinini yaxından tanımaq üçün ailəsi ilə əlaqə saxlayıb.
Oğlu Fərman Nəbiyev anasının durumunun ağır olduğunu bildirib. Onun sözlərinə görə qadın son bir aydır ki, yatağa düşüb:
“Bir aydır ki, yataq xəstəsidir. Son bir aya kimi özü-özünü idarə edirdi. Amma indi bizim ümidimizə qalıb. Anam yanımdadır, gəlini və nəvələri ilə birgə yaşayır. Ali təhsili olmayıb, evdar xanım olub və illərlə kolxozda çalışıb. Pensiyaçıdır və təqaüdü 327 manatdır”.
F. Nəbiyev onu da qeyd edib ki, anası sağlamlığı ilə bağlı heç vaxt şikayətlənməyib:
“Üç oğlan və beş qız olmaqla səkkiz övlad olmuşuq. 30-dan çox nəvəsi var. Nəticələrinin sayını dəqiq bilmirəm”.
Rəylər