Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyevin səhhətində problem yaranıb.
Oxu.Az Ölkə.az-a istinadən xəbər verir ki, Milli Qəhrəman "Yeni Klinika"ya yerləşdirilib.
Məlumata görə, Ehtiram Əliyev vəziyyəti daha da ağırlaşdığından reanimasiya şöbəsinə köçürülüb.
Qeyd edək ki, Ehtiram Əliyev Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. O, 1972-ci il avqustun 1-də Ucar rayonunun Qazyan kəndində dünyaya gəlib.
Qaynar xətt:
(055) 224 12 12