Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə rəqəmsal Azərbaycan qurulur: süni intellekt dövlət idarəçiliyini necə dəyişəcək? Azərbaycanın milli süni intellekt strategiyası: hansı hədəflər önə çıxır? Sosial şəbəkələrdə görünməyən müharibə: gənclər kimlərin təsiri altındadır? Məktəblərdə süni intellekt: müəllimlər yeni dövrə hazırdırmı? - kimi suallar ətrafında fikir mübadiləsi aparılıb.
Beynəlxalq Təhsil və Ali Təhsil Mərkəzləri Birliyinin sədri Bəxtiyar Nəcəfov, Milli Məclisin deputatları - Müşfiq Məmmədli və Ceyhun Məmmədov, Data Elmi və Süni İntellekt İnstitutunun direktoru Ramiz Alıquliyevlə bu və digər suallara cavab tapmağa çalışıblar.