Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycanın yeni kəşf edilən “Zəfər” yatağı ilə bağlı nəticələr AÇIQLANDI
Ölkəmizdə qızıl, mis və gümüş hasil edən “Anglo-Asian Mining Plc” şirkəti 2021-ci illə bağlı hasilat proqnozunu açıqlayıb.
Oxu.Az-ın şirkətdən əldə etdiyi məlumata əsasən, 2021-ci il üzrə şirkət 48 000 - 54 000 unsiya dəyərində qızıl hasil etməyi proqnozlaşdırır. 2020-ci il ərzində faktiki qızıl hasilatı 56 864 unsiyanı təşkil edib.
Həmçinin, cari ildə 2 500 - 2 800 ton mis hasil edilməsi planlaşdırılır ki, ötən il faktiki hasilat 2 591 ton olub. 2021-ci ilin proqnozunda yeni müqavilə sahələri üzrə hasilat nəzərdə tutulmayıb.
“Anglo-Asian Mining Plc” şirkətinin icraçı direktoru Reza Vəziri bildirib ki, 2020-ci ildə ehtiyatları tükənən “Uğur” yatağından hasilat gözlənilmədiyindən qızıl hasilatının daha az olacağı proqnozlaşdırılır:
Bu il ərzində qızıl hasilatı “Gədəbəy” və “Qədir” yataqları üzrə aparılacaq. Çoxlu sayda filiz əldə etdiyimiz “Gədəbəy” yatağından mis hasilatında artım gözləyirik”.
O əlavə edib ki, 2020-ci ildəki uğurlu kəşfiyyat proqramı bu il də davam etdiriləcək:
“Zəfər” yatağı üzrə qazma fəaliyyətinin nəticələri ümidvericidir və hazırda mənbələrin dəyərləndirilməsi üzrə üçüncü tərəflərlə müzakirələr aparılır. Hazırda bərpa edilmiş müqavilə sahələrinin potensialını qiymətləndirilir. Zəngilanın “Vecnəli” müqavilə sahəsi üzrə dəyərləndirmələr zamanı yüksək dərəcədə filiz ehtiyatlarının və onların daşınmasının məqsədəuyğun olduğu müəyyən edilib”.
Nigar Məmmədova
"Gədəbəy" teqi üzrə xəbərlər
- Azərbaycanda güclü ildırım çaxdı: Xəstəxana və küçələrdə saatlardır işıq yoxdur
- Gədəbəydə minik maşını körpüdən aşdı: Xəsarət alanlar var
- Azərbaycanda vəzifəli şəxs içkili halda göyərti satan qadını TƏHQİR ETDİ: Həbs edildi
- Daşkəsən, Gədəbəy və Göygöldə dolu fəsadlar törədib
- Paşinyan “Tavuşdan başlayaq” deyir - TƏHLİL
Rəylər