“Gürcüstanın Azərbaycanla gediş-gəlişi dayandırması barədə bu vaxta kimi məndə hər hansı məlumat yoxdur”.
Oxu.Az-ın məlumatına görə, qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqində Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
Qeyd edək ki, bu gün Gürcüstan hökuməti administrasiyasının açıqladığı məlumata görə, iki ölkənin baş nazirləri arasında telefon danışığı olub və gediş-gəlişin dayandırılması barədə razılıq əldə edilib.
İlhamə Əbülfət