Azərbaycanlı biznesmen Bəxtiyar Səlimovun keçmiş sevgilisi, balerina Anastasiya Voloçkova yaşadığı yeni qalmaqalla tənqid obyektinə çevrilib.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, Voloçkova bu günlərdə qızı Arinanın çox hündürdaban ayaqqabı ilə şəklini paylaşıb. “Arişkama dabanlı ayaqqabı hədiyyə etdim...o çox xahiş etmişdi. Daş-qaşlı. Anasındakı kimi...”- deyə Voloçkova paylaşdığı şəkil barədə imza atır.
Bundan sonra 8 yaşlı qızcığazın belə şəklinin yayılmasına sosial şəbəkələrdə ardı-arası kəsilməyən tənqidlər gəlməyə başlayır. Hamıya məlumdur ki, uzun dabanlı ayaqqabılar bu yaş üçün qəbuledilməzdir. Bu osteoartrit xəstəliyi, diz və çanaq-bel vəzilərində ağrılara səbəb ola bilər. Bundan əlavə internet istifadəçilərinin fikrincə uşağın qeyri-təbii şəkildə belə uzadılması vulqar və estetikadan kənar görünür.
